Azad Olunduqdan Sonra Öz Doğma Kəndlərinə Qayıdan Keçmiş Məcburi Köçkünlər Və Qaçqınlar Üçün “Sabaha Sağlam Ruhla” Adlı Xeyriyyə Layihəsi
Tarix:
21-22.09.2018
Rayon/ölkə:
Cocuq Mərcanlı kəndi, Cəbrayıl rayonu/Azərbaycan
Təşkilatçı:
Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi
SEBA Assosiasiyası
Təşkilati dəstək:
Qaçqın və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Cəbrayıl rayon İcra Hakimiyyəti
TEAS Press
YES Hospital və b.
Salamlama:
Kamal Həsənov - Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı
Kim Chang Gyu – Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri
İsmət Qasımzadə - Koreya Şərq Təbabəti Klinikasının Direktoru
Layihəyə daxildir:
Koreya Şərq Təbabəti Klinikasının azərbaycanlı və koreyalı həkimləri tərəfindən tibbi yardımın göstərilməsi və Koreya istehsalı olan dərmanların paylanılması (227 pasiyent)
Məktəblilər arasında inşa müsabiqəsinin keçirilməsi və hədiyyələrin təqdim olunması (120 şagird)
Şəhid ailəsinə baş çəkilməsi və hədiyyələrin təqdim olunması