Qaçqın Və Məcburi Köçkünlər Üçün “Sabaha Sağlam Ruhla” Adlı Xeyriyyə Layihəsi

Tarix:

17-18.04.2015

Rayon/ölkə:

Füzuli rayonu/Azərbaycan

Təşkilatçı:

  • Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi
  • SEBA Assosiasiyası

Təşkilati dəstək:

  • Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  • Füzuli Rayon İcra Hakimiyyəti
  • YES Hospital və b.

Layihə çərçivəsində həyata keçirilmişdir:

  • Bakıdakı Kyung Hee Universitetinin Şərq Təbabəti Klinikasının koreyalı həkimləri tərəfindən tibbi yardımın göstərilməsi və Koreya istehsalı olan dərmanların pasiyentlərə paylanılması (260 nəfər pasiyent);
  • Zobucuq 2 qəsəbəsində məcburi köçkün ailəsinə baş çəkilməsi və hədiyyələrin təqdim olunması;
  • Horadiz şəhər 3 saylı tam orta məktəbində uşaqlar arasında “Sehirli nağıl” rəsm müsabiqəsinin təşkili və hədiyyələrin təqdim olunması (60 nəfər məktəbli);
  • Əhmədbəyli kəndində yerləşən Mirmehdi Xaqani adına musiqi təyinatlı internat tipli gimnaziyaya baş çəkilməsi, hədiyyələr və şirniyyatların paylanılması (311 nəfər şagird);
  • “Memarlıq 101” adlı Koreya filminin Azərbaycan dilində nümayişi (rejissor: Lee Yong-ju)